RU

COP1-dən COP29-a

Yazını böyüt
Yazını kiçilt

Bir neçə gündür, Azərbaycan COP29 iqlim konfransına ev sahibliyi edir. Bu konfransa dünyanın əksər ölkələrinin dövlət və hökumət başçıları qatılıb. Məqsəd bəşəriyyət qarşısındakı ən böyük problem olan iqlim dəyişmələrinin qarşısının alınması üçün ümumi konsensusa gəlmək, bu istiqamətdə maliyyə problemlərini həll etmək və hər kəsin səsinin eşidilə biləcəyi ədalətli platforma yaratmaqdır. Hansı ki, istər açılış mərasimində, istərsə də ondan sonra baş tutan əksər panellərdə Azərbaycan tərəfi ən ali səviyyədə məhz bu çağırışları diktə edir. On aydan artıq müddətdə hər birimiz COP29 adını eşitsək də, bir çoxu onun mahiyyətindən, yaranma tarixindən xəbərsizdir. Biz də COP1-dən COP29a keçən yola nəzər salmağa çalışdıq.    

Qeyd edək ki, BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. Tərəflər Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır. Burada tərəflər Konvensiyaya üzv olan 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir.

UN FCCC-nin Katibliyi əvvəlcə Cenevrədə yerləşdirilmiş, 1996-cı ildən isə Almaniyanın Bonn şəhərinə  köçürülmüşdür. Müqavilə 21 mart 1994-cü ildə qüvvəyə minmişdir. "UN FCCC" həm də Almaniyanın Bonn şəhərindəki BMT Kampusunda ofisləri olan, konvensiyanın fəaliyyətinə dəstək verən məsul Katibliyin adıdır. Müqavilə ekosistemlərin iqlim dəyişikliyinə təbii şəkildə uyğunlaşmasına, qida istehsalının gücləndirilməsini təmin etməyə, iqtisadi inkişafın davamlı şəkildə davam etməsinə imkan verən davamlı elmi araşdırmalara və müntəzəm görüşlərə, danışıqlara və gələcək siyasət sazişlərinə çağırır.

COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir. COP-a sədrlik rotasiya əsasında BMT-nin 5 regionunun - Afrika, Asiya, Latın Amerikası, Karib hövzəsi və Avropa (Mərkəzi, Şərqi, Qərbi və digər) ölkələrinə keçir. Həmçinin bu regionlardakı qrup ölkələri arasında da sədrliklə bağlı növbələşmə mövcuddur. Azərbaycanın təşkilata sədrliyinə dair qərar da məhz Şərqi Avropa Qrupu ölkələrinin yekdil rəyi əsasında verilib.

Bu zamana qədər COP toplantıları aşağıdakı ölkələrdə təşkil olunub:

Konfransların siyahısı və məkanı:

1995: COP 1, Berlin, Almaniya
1996: COP 2, Cenevrə, İsveç
1997: COP 3, Kioto, Yaponiya
1998: COP 4, Buenos Ayres, Argentina
1999: COP 5, Bonn, Almaniya
2000: COP 6, Haaqa, Niderland
2001: COP 6-2, Bonn, Almaniya
2001: COP 7, Mərakeş, Mərakeş
2002: COP 8, Yeni Dehli, Hindistan

2003: COP 9, Milan, Italiya
2004: COP 10, Buenos Ayres, Argentina
2005: COP 11/CMP 1, Monreal, Kanada
2006: COP 12/CMP 2, Nayrobi, Keniya

2007: COP 13/CMP 3, Bali, İndoneziya
2008: COP 14/CMP 4, Poznan, Polşa
2009: COP 15/CMP 5, Kopenhagen, Danimarka
2010: COP 16/CMP 6, Kancun, Meksika

2011: COP 17/CMP 7, Durban, Cənubi Afrika
2012: COP 18/CMP 8, Doha, Qətər
2013: COP 19/CMP 9, Varşava, Polşa

2014: COP 20/CMP 10, Lima, Peru
2015: COP 21/CMP 11, Paris, Fransa

2016: COP 22/CMP 12/CMA 1, Mərakeş, Mərakeş
2017: COP 23/CMP 13/CMA 1-2, Bonn, Almaniya
2018: COP 24/CMP 14/CMA 1-3, Katovisa, Polşa

2019: SB50, Bonn, Almaniya
2019: COP 25/CMP 15/CMA 2, Madrid, İspaniya
2021: COP 26/CMP 16/CMA 3, Qlazqo, Böyük Britaniya

2022: COP 27/CMP 17/CMA 4, Şarm əl-Şeyx, Misir
2023: COP 28/CMP 18/CMA 5, Dubay, BƏƏ
2024: COP 29/CMP 19/CMA 6, Bakı, Azərbaycan

2025: COP 30/CMP 20/CMA 7, Belem, Braziliya

Bu gün COP toplantılarının ən əsas mövzularından biri 2015-ci ildə COP21-in Paris Konfransında, Paris razılaşmasında qəbul edilmiş qərarların icrasıdır. Başlıca məqsəd həmin razılaşmanın qərarlarının icrasına nail olmaqdır. Paris razılaşmasında əsas məqsəd  kimi, yer səthində qlobal istiliyin artımını 2°C səviyyəsini keçməmək və bu artımın 1,5°C dərəcə həddində saxlanmasına nail olmaq məqsədi qarşıya qoyulmuşdu. Uzun illərdir, bu sazişin müxtəlif bəndlərinə dair ümumi razılığın əldə olunması istiqamətində heç bir nəticə hasil olmurdu. 2015-ci ildə Paris razılaşması imzalandıqdan sonra çoxsaylı müzakirələrə baxmayaraq, onun 6-cı maddəsi (karbon bazarları) üzrə hələ də razılıq əldə etmək mümkün olmayıb.

Bakıda təşkil edilən COP29 bu istiqamətdə də mühüm irəliləyiş kimi artıq tarixə düşüb desək, yanılmarıq. COP29-un ilk günündə Paris sazişinin 6.4 maddəsi üzrə razılaşmaya nail olunub. Bu da ümumilikdə, prinsipial xarakter daşıyan 6-cı maddə üzrə razılaşmanın əldə olunmasına ümidləri artırır. COP29-dan əsas gözləntilərin biri də budur.  Altıncı maddə üzrə əsas oyunçular ABŞ və Avropa İttifaqıdır.

Beynəlxalq media da bu razılaşmanı tarixi hadisə adlandırır.

“Financial Times” nəşrinin məqaləsində qeyd olunur: “COP29 iqlim sammitində BMT-nin tullantılara dair qaydaları ilə idarə olunan çoxmilyardlıq karbon bazarlarının işə salınması ilə bağlı razılaşma əldə olundu. Ölkələr keçən həftə Donald Trampın seçilməsinə baxmayaraq, gələcəkdə də iqlim dəyişikliyi ilə mübarizənin davam edəcəyini göstərməyə çalışırlar. İlk danışıqlarda əldə edilən irəliləyiş COP29-un karbon emissiyalarını təmsil edən ticarət alətləri üçün qlobal bazarda qaydaları qəbul etməyə təkan verdi.

Karbon ticarəti digər maliyyə növləri üzrə sərt danışıqlar ərəfəsində COP29-a ev sahibliyi edən Azərbaycan üçün qalibiyyətlə, böyük çirkləndiricilərə emissiyalarını azaltmağa kömək etməklə yanaşı, inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmaq üçün ehtiyac duyacağı nağd pulun bir hissəsini toplaya bilər”.

Nüfuzlu Britaniya nəşri karbon data provayderi “Veyt” şirkətinin analitiki Fitri Vulandriyə istinadla yazır ki, bu, “COP29-da əməkdaşlıq və tərəqqinin nadir parlaq nöqtəsi” idi.

“Reuters” agentliyinin əməkdaşları Virbiniya Furnett və Keyt Abnetin müəllifləri olduqları məqalədə qeyd olunur: “İki həftə davam edəcək COP29 iqlim sammitində ölkələr bazar ertəsi günü istixana qazı emissiyalarını azaldan layihələri maliyyələşdirəcək BMT-nin dəstəklədiyi qlobal karbon bazarının işə salınması üçün vacib olan karbon krediti keyfiyyət standartlarına icazə verdilər.

Yaşıl işıq Bakıda, Azərbaycanda BMT-nin konfransının birinci günündə erkən razılaşma ilə yandırıldı. Donald Trampın ABŞ seçkilərində qələbəsi gözləntiləri azaltsa da, hökumətlər iqlim maliyyəsi sazişini imzalamaq niyyətindədir”.

Məqalədə meksikalı iqlimşünas, hazırda “Abatable” şirkətinin məsləhətçisi Xuan Karlos Brunun sözlərinə istinadla qeyd olunur ki, karbon kreditləri nəzəri olaraq ölkələrə və ya şirkətlərə planetin istənilən yerində CO2 emissiyalarını azaldan və ya onu atmosferdən çıxaran layihələr üçün ödəniş etməyə və öz emissiyalarını kompensasiya etmək məqsədilə həmin layihələrin yaratdığı kreditlərdən istifadə etməyə imkan verir.

“Reuters” qeyd edir ki, qlobal karbon bazarlarını dəstəkləyən bir işçi qrupu olan Beynəlxalq Emissiya Ticarət Assosiasiyası BMT-nin dəstəklədiyi bazarda ümumi ticarətin 2030-cu ilə qədər ildə 250 milyard dollar qazana biləcəyini və hər il 5 milyard metrik ton karbon hasilatını azalda biləcəyini vurğulayıb.

“Bloomberg” agentliyinin müxbiri Con Eyncerin müəllifi olduğu materialda qeyd olunur ki, iqlim müzakirəçiləri COP29 iqlim sammitinin birinci günündə Birləşmiş Millətlər Təşkilatı tərəfindən idarə olunan qlobal karbon bazarı üçün qaydaları razılaşdırmaqla irəliləyişə nail oldular. Məqalədə vurğulanır: “Tərəfdarlar iddia edirlər ki, yeni bazar emissiya ticarəti üzrə “qızıl standart” təşkil edəcək, inkişaf etməkdə olan dünyada emissiyaların azaldılması layihələri üçün milyardlarla maliyyənin önünü açacaq. Əsasən, varlı ölkələrdə olan alıcılar çirklənməni azaldan layihələrdən kredit almaqla öz iqlim məqsədlərinə çata biləcəklər.

2015-ci il Paris Sazişi çərçivəsində ilkin təkliflərdən sonra “Maddə 6.4” adlandırılan qaydalar ölkələrin BMT-nin idarə etdiyi bazar vasitəsilə karbon kreditləri ilə necə ticarət etmələrini şərtləndirir.

“The Guardian” bu mühüm razılaşma ilə əlaqədar dərc etdiyi məqalədə COP29-un Prezidenti Muxtar Babayevin sözlərini sitat gətirir: “Biz bu müsbət məqamı alqışlayırıq. Bu, Bakıda aparacağımız bütün müzakirələrimizin uğuru üçün kompromis ruhudur”.

Məqalədə qeyd olunur: “Karbon bazarları iqlim siyasətində qütbləşdirici qüvvədir. Bu konsensusun tərəfdarları bildirirlər ki, o, planetin xilası üçün mühüm fondların yönəldilməsinə kömək edəcək. Karbon bazarı qaydalarına dair razılığa gəlmək səyləri - COP jarqonunda 6-cı maddə kimi tanınır”.

Ləman Əliyeva

Избранный
35
21
hafta.az

10Источники