RU

“Meta”nın Avropada ədalətsiz ticarət şərtləri tətbiq etdiyi aşkarlanıb

 

Avropa İttifaqı (Aİ) sosial media platformları “Facebook” və “Instagram”ın sahibi “Meta” şirkətinə  antitrest qaydalarını pozduğu üçün 797 milyon avro cərimə kəsib. 

797 milyon avroluq cərimə “Facebook Marketplace”in şəxsi sosial şəbəkə olan “Facebook”a inteqrasiya edilməsi və digər onlayn elan xidmətləri təminatçılarına ədalətsiz ticarət şərtləri tətbiq etməsi səbəbi ilə Aİ-nın antitrest qaydalarını pozduğu üçün müəyyən edilib. 

Aİ Komissiyası tərəfindən aparılan tədqiqatda “Meta”nın Avropa İqtisadi Sahəsi daxilində sahib olduğu şəxsi sosial şəbəkələr və sosial mediada onlayn vizual reklam bazarındakı üstün mövqeyindən sui-istifadə etdiyi müəyyən olunub. Qərarda qeyd edilib ki, “Facebook Marketplace”in “Facebook”a inteqrasiya edilməsi nəticəsində bu sosial media platformasından istifadə edən hər kəs avtomatik olaraq “Marketplace”ə daxil olur və istəsələr də, istəməsələr də mütəmadi olaraq bundan təsirlənir. Bu isə digər onlayn elan xidmətləri təminatçıları üçün ədalətsiz ticarət şərtləri yaradır. Bu səbəbdən, “Meta”nın sözügedən hərəkətləri dərhal dayandırması və gələcəkdə eyni qayda pozuntusunu təkrarlamaması və ya oxşar məqsəd və nəticəyə malik addımlardan çəkinməsi qərara alınıb. 



Избранный
34
1
trt.net.tr

2Источники