RU

Kadri Simson: "Enerji keçidi üçün əsas mineral ehtiyatların davamlılığı təmin edilməlidir"

Qeyri-sənaye sektoru üzrə iqtisadiyyatlarda maliyyələşmə artırılmalı və enerji keçidində rol oynayan əsas mineral ehtiyatlar ədalətli və davamlı şəkildə təmin edilməlidir.

"Report" xəbər verir ki, bunu Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson COP29 çərçivəsində keçirilən Mərkəzi Asiya üçün Enerjiyə Keçid İnvestisiya Forumunda deyib.

O bildirib ki, bunlar olmadan bərpa olunan enerji və enerji səmərəliliyi hədəflərinə nail olmaq mümkün deyil: "Nəticədə 1,5°C temperatura uyğun təmiz enerji keçidinə nail ola bilmərik. COP28 qalıq yanacaqdan alternativ yanacağa keçid dövrünün başlanğıcı oldu. Lakin ölkələr hələ bu məqsədlərə çatmaq üçün tələb olunan sürətlə hərəkət etmir. Ancaq bu məqsədlərə hələ də nail olmaq mümkündür".

Избранный
28
1
musavat.com

10Источники