2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) Cənubi Amerika üzrə seçmə mərhələsində 11-ci tura start verilib.
Arena.az xəbər verir ki, turun ilk oyun günündə 3 qarşılaşma baş tutub.
Dünya çempionatının və Amerika Kubokunun sonuncu qalibi Argentina yığması səfərdə Paraqvaya məğlub olub.
Beşqat dünya çempionu Braziliya isə Venesuela ilə səfər oyununda 1 xalla kifayətlənib.
Ekvador yığması isə doğma meydanda Boliviyanı 4 cavabsız qolla məğlub edib.
Uruqvay – Kolumbiya və Peru – Çili oyunları bu gecə keçiriləcək.
2026-cı ildə keçiriləcək dünya çempionatının Cənubi Amerika üzrə seçmə mərhələsində 10 komanda iştirak edir. Birinci və altıncı yerləri tutacaq yığmalar birbaşa final mərhələsinə vəsiqə qazanacaq. Turnir 2025-ci ilin sentyabrında başa çatacaq. Yeddinci yerdə olan komanda qitələrarası pley-offda çıxış edəcək. Burada həmçinin KONKAKAF zonasından iki, Asiya, Afrika və Okeaniyadan isə bir komanda iştirak edəcək. Onlar dünya çempionatına son iki vəsiqənin sahibini müəyyənləşdirəcəklər.
Dünya çempionatı 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək. Tarixdə ilk dəfə olaraq DÇ-də 48 komanda çıxış edəcək.
DÇ-2026-nın seçmə mərhələsi
11-ci tur
15 noyabr
Ekvador – Boliviya 4:0
Qollar: Valensiya, 26-pen. Plata, 28; 49. Minda, 61.
Paraqvay – Argentina 2:1
Qollar: Sanabriya, 19. Alderete, 47 – L.Martines, 11.
Venesuela – Braziliya 1:1
Qollar: Seqoviya, 46 – Rafinya, 43.
16 noyabr
04:00. Uruqvay – Kolumbiya
05:30. Peru – Çili
Xallar: Argentina – 22. Kolumbiya – 19. Braziliya – 17. Uruqvay – 16. Ekvador – 16. Paraqvay – 16. Boliviya – 12. Venesuela – 12. Peru – 6. Çili – 5.