RU

COP29-da iştirak edən maliyyə qurumlarının rəhbərləri ilə görüşlər keçirilib

Bakı. Trend:

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov COP29-daiştirak edən bir sıra ölkələrin maliyyə nazirliklərinin vəbeynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə ikitərəfli görüşlərkeçirib.

Trend xəbərverir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşlərdə COP29-un Bakıda yüksək səviyyədətəşkil olunduğu vurğulanıb, Azərbaycanın yüksək təşkilatçılıqqabiliyyəti, qonaqpərvərli və peşəkarlığı qeyd olunub, COP29danışıqlarının uğurla nəticələnəcəyinə əminlik ifadə olunub.

Sloveniyanın maliyyə naziri Klemen Boştjançiç, Böyük Britaniyavə Şimali İrlandiya Birləşmiş Krallığının maliyyə nazirinin müaviniLord Livermor və Misirin planlama, iqtisadi inkişaf və beynəlxalqəməkdaşlıq naziri Rania Əl-Məşət ilə keçirilən görüşlərdə iqlimbüdcəsinin tərtibi, iqlim hədəflərinə çatmaq üçün maliyyələşməistiqamətində həyata keçirilən tədbirlər diqqət mərkəzində olub,qeyd olunan sahələrdə qarşılıqlı təcrübə mübadilələrinin önəmivurğulanıb.

Nazir Samir Şərifovun Asiya İnfrastruktur İnvestisiya Bankınınprezidenti Cin Liqun, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC)Beynəlxalaq İnkişaf Fondunun prezidenti Abdülhəmid Əlxəlifə vəYaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankının rəhbəri Hayaşi Nobumitsuilə keçirilən görüşlərində isə Azərbaycanda həyata keçirilənlayihələrdə, o cümlədən nəqliyyat, dəmiryol, enerji, irriqasiya,Bakı şəhərində metro şəbəkəsinin inkişafı və digər layihələrdəbeynəlxalq maliyyə qurumları ilə əməkdaşlığa dair fikir mübadiləsiaparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Məqalədə:
Избранный
4
6
az.trend.az

7Источники