RU

SABAH proqramının əhatə dairəsi genişləndirilir - SƏRƏNCAM

Bakı. Trend:

Prezident İlham Əliyev ali təhsildə yeni məzmunlu təhsilproqramlarının əhatə dairəsinin genişləndirilməsi vəmaliyyələşdirilməsi barədə sərəncam imzalayıb.

Trend xəbər verir ki,sərəncam ali təhsil sistemində kəmiyyət əsaslı maliyyələşdirmədənkeyfiyyət əsaslı maliyyələşdirməyə keçidin təmin olunması vəmaliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi məqsədiləimzalanıb.

Sənədə əsasən, SABAH proqramının əhatə dairəsi 2025‒2026-cıtədris ilindən başlayaraq mərhələlərlə 2028-ci ilədəkgenişləndirilir.

SABAH proqramı ilə təhsil alan tələbələrin təhsil xərclərininmaliyyələşdirilməsi müvafiq illərin dövlət büdcəsində AzərbaycanRespublikasının Elm və Təhsil Nazirliyi üçün nəzərdə tutulmuşməqsədli vəsaitlər hesabına təmin edilməlidir.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həlletməlidir.

Elm və Təhsil Nazirliyi mülkiyyət formasından asılı olmayaraq,ali təhsil müəssisələrində SABAH proqramının təşkili ilə bağlıtələbləri müəyyən etməlidir;

hər növbəti tədris ili üçün SABAH proqramı təşkil ediləcək alitəhsil müəssisələrinin siyahısını, təhsilalanların sayını, hər birtəhsilalana düşən illik təhsil xərcinin miqdarını və ilkinmərhələdə tədrisin təşkili ilə bağlı digər xərclərin (yeni məzmunlutəhsil proqramlarının hazırlanması, tədris infrastrukturunun vəmaddi-texniki bazanın formalaşdırılması və s.) maliyyələşdirilməsiüçün tələb olunan vəsaitin həcmini Azərbaycan RespublikasınınMaliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən etməlidir.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “AzərbaycanRespublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişafStrategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyətgöstəricilərinin müasirləşməsi məqsədilə ali təhsildə tətbiq olunanyeni məzmunlu proqramların əhatə dairəsinin və keyfiyyətininartırılması üçün tədbirlərin həyata keçirilməsi nəzərdətutulmuşdur.

Bu baxımdan ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsiməqsədilə yaradılmış və 2014-cü ildən fəaliyyətə başlayan SABAHproqramı çərçivəsində ali təhsil sistemində yeni məzmunluproqramların tətbiqi təcrübəsi özünü doğruldur. Bu proqramçərçivəsində tədrisin mütərəqqi forma və metodlarının tətbiqi,ixtisas üzrə kompetensiyalara tam yiyələnmənin təmin olunması,dərinləşdirilmiş xarici dil tədrisi, tələbələrə əlavə təqaüdverilməsi, onların xarici mübadilə proqramlarında iştirakıimkanlarının artırılması, tələbəyönümlü tədrisin və tədrisdənkənarfəaliyyətin təşkili kimi üstünlüklər gənclərin ali təhsilin yeniməzmunlu təhsil proqramlarına marağını daha da artırmışdır.

Избранный
30
30
az.trend.az

10Источники