RU

Abxaziya müxalifəti “parlamentin” binasına soxulub - Qarşıdurma yaranıb + VİDEO

Gürcüstanın separatçı Abxaziya regionunda etirazçılarla hökumət qüvvələri arasında qarşıdurma qızışıb.

“AzPolitika” xəbər verir ki, Rusiya hüquqi şəxslərinin regionda investisiya layihələrinin həyata keçirilməsinə dair hökumətlərarası Abxaziya-Rusiya sazişinin ratifikasiyasına etiraz edən “müxalifət” nümayəndələri avtomobillərlə “parlamentin” dəmir məhəccərlərini qıraraq içəri daxil oublar.

Etirazçılar “hüquq-mühafizə orqanlarının əməkdaşlarına” daş və çubuqlar atmağa başlayıb.

Etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmaların olduğunu bildirilir.

“Abxaz hakimiyyəti” noyabrın 15-də Suxumi ilə Moskva arasında investisiya sazişi layihəsinə baxmaq niyyətində idi. Etirazçılar bu razılaşmanı “Abxaziyanın maraqlarına xələl gətirərək Moskvanı razı salmaq cəhdi” adlandırırlar.

Bu arada etirazçılar sessiya keçirməyi və layihənin təsdiqinin “əleyhinə” səs verməyi tələb ediblər.

TASS xəbər verir ki, Suxumidə Abxaziya “parlamenti”nin binası yaxınlığında atışma səslərinə bənzər səslər eşidilib.

“Teleqram” kanalları hadisə yerində qazdan istifadə edildiyini iddia edir.

“AzPolitika.info”

Избранный
86
27
azpolitika.info

10Источники