RU

COP29-a ölkəmizi tanıtmaq  baxımından olduqca vacibdir - Deputat

"Azərbaycana heç bir təzyiq edə bilməzlər, sadəcə ölkəmizə qarşı informasiya hücumları təşkil olunmuşdu. Cənab prezident informasiya hücumlarına adekvat cavab verdi".

Bunu Bakıvaxtı.az-a deputat Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, Azərbaycana qarşı informasiya hücumlarının məqsədi bir idi:

"COP 29 tədbirinə ev sahibliyi etmək, ölkəmizi tanıtmaq, irəli aparmaq baxımından olduqca vacibdir. Bizi şantaj edirdilər ki, əgər onların şərtlərinə əməl etməsək, tədbir ərəfəsində ölkəmizi pisləyəcəklər, konfransı pozacaqlar. Ancaq bunu bacarmadılar”.

Deputat qeyd edib ki, qərəzli Qərb mediası mənfi çox şey yaza bilər, amma minlərlə əcnəbilər Azərbaycana səfər edərkən ölkəmizdəki inkişafı, mövcud vəziyyəti öz gözləri ilə görürlər:

“Görürlər ki, Bakı bir çox Avropa şəhərlərindən daha səliqəli, təmiz, qonaqları qəbul etmək üçün tam hazır olan bir gözəl şəhərdir. Belə bir dövlətlə dostluq etmək, ölkəmizə investisiya yatırmaq, turist səfərləri təşkil etmək daha faydalıdır. Realıq budur".

Rasim Musabəyov vurğulayıb ki, iqlim gündəliyi genişdir və əsas məsələ bu işə maliyyənin cəlb edilməsidir.

Aydın Baxış

Избранный
50
bakivaxti.az

1Источники