RU

Niyə taksi tapılmır? — səbəb AÇIQLANDI

“Məlumdur ki, sərnişindaşıma və taksi xidməti ilə bağlı xüsusi tələblər qüvvəyə mindi. Bu tələblər sırasında daha çox nələr öz əksini tapdı? Xüsusən buraxılış ili 8 ildən az olan nəqliyyat vasitələrinə daha çox üstünlük verilir. 8 - 10 ildən daha çox buraxılış ili olan taksi xidmətinə buraxılan avtomobil vasitələrinin istifadəsinə qadağalar qoyuldu”. Bu sözləri açıqlamasında nəqliyyat eksperti İlqar Hüseynli deyib.

İlqar Hüseynli sözlərinə belə davam edib: “Bu vaxta qədər xeyli sayda taksi xidmətini həyata keçirən nəqliyyat vasitələri buraxılış ili uzun müddətli olan nəqliyyat vasitələri idi və onların xətdən çıxarılması, xidmətdən kənarlaşdırılması xeyli sayda nəqliyyat vasitəsinin çatışmamazlığına gətirib çıxarır.

Bununla da yanaşı bir çox tələb və normativlər qüvvəyə mindi. Taksi xidmətinin həyata keçirilməsi üçün razılıq sənədinin alınması zamanı xeyli tələblər ortaya qoyuldu və müəyyən taksi xidmətini həyata keçirən sürücülər həmin o normativlərə cavab vermədi. Bu da bir faktura olaraq xeyli sayda taksi xidmətində azalmalara gətirib çıxardı. Xüsusən sürücülük vəsiqəsinin kateqoriyaları, xidmətin yerinə yetirilməsi üçün müəyyən şərtlər, nəqliyyat vasitələrinin xidmətə uyğunluğu və s. məsələlər də xidmətdən xeyli sayda nəqliyyat vasitəsinin azalmasına gətirib çıxardı. Bu da nəticə etibarilə taksi xidmətində vətəndaşların əlçatanlığında problemlərə səbəb oldu.

Избранный
23
2
demokrat.az

3Источники