RU

İşçilərin sayı 2,7 faiz artıb



Bu ilin sentyabr ayında Türkiyədə maaş alan işçilərin sayı 2,7 faiz artıb.

Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən xəbər verir ki, sənaye, tikinti və ticarət-xidmət sektorlarında ödənişli işçilərin ümumi sayı 15 milyon 973 min 744 nəfərə çatıb. Bu rəqəm keçən ilin sentyabr ayında 15 milyon 550 min 366 nəfər olaraq qeyd edilib.

Sentyabr ayında sənaye sektorunda muzdlu işçilərin sayı illik 0,7 faiz azaldığı halda, tikinti sektorunda 6,3 faiz, ticarət-xidmət sektorunda isə 4 faiz artıb.

Eyni ayda maaş alanlar sənaye sektorunda 0,2 faiz azalıb, tikinti sektorunda 0,3 faiz, ticarət-xidmət sektorunda isə 0,4 faiz artıb.

Mehman Mehdiyev
Избранный
32
newscenter.az

1Источники