RU

Aİ İsrailin Livanda 12 həkimi öldürməsini pisləyib

Aİ İsrailin Livanda 12 həkimi öldürməsini pisləyib

Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell Aİ-nin İsrailin Livanın Baalbek şəhəri yaxınlığında həyata keçirdiyi hücumda 12 tibb işçisinin öldürülməsini şiddətlə qınadığını bildirib.AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesabında bildirib. "Tibb işçilərinə və obyektlərinə edilən hücumlar beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır" - deyə Borrel qeyd edib.Səhiyyə xidmətlərinin hədəfə alınmasının Suriyadan Ukraynaya və ya Sudana qədər digər münaqişələrdə dəhşətli tendensiyaları əks etdirdiyini vurğulayan diplomat əlavə edib: “İstər ehtiyatsızlıq, istərsə də qəsdən hədəfləmə, bu, insan ləyaqətinə açıq hücum və fundamental insan hüquqlarının açıq şəkildə pozulmasıdır".

Избранный
62
afn.az

1Источники