RU

Qadınlara ölümcül təhlükə barədə XƏBƏRDARLIQ

Cərrah Andre Konvey Morris bildirib ki, sistit və digər sidik yolları xəstəlikləri (İYİ) hər kəsdə müşahidə oluna bilər, lakin onlar ən çox gənc, cinsi aktiv qadınlarda olur. 

News24.az-ın Lent.az-a istinadla məlumatına görə, cərrah qadınların başına gələ biləcək ölümcül təhlükələr barədə xəbərdarlıq edib. 

Morris bildirib ki, sidik yollarının infeksiyalarının əksəriyyəti antibiotiklərlə müalicə oluna bilər, lakin bəzi hallarda infeksiyalar sepsisə və hətta ölümə səbəb ola bilər. O qeyd edib ki, qan zəhərlənməsinin ən çox yayılmış səbəbi böyrəkləri əhatə edən yuxarı sidik yollarının infeksiyasıdır.

O, İYE-nin adi gedişatına sidik ifrazı zamanı ağrı, tez-tez və qəfil sidiyə çağırış, qarnın aşağı hissəsində və ya kürək nahiyəsində ağrıların olduğunu diqqətə çatdırıb. Sürətli nəfəs, çaşqınlıq, soyuq əllər və ayaqlar, dəri səpkiləri, yüksək hərarət və ya titrəmə kimi simptomlar da özünü göstərirsə, dərhal həkimə müraciət etməlisiniz, çünki bu əlamətlər sepsisə səbəb ola biləcək İYE-nin ağırlaşması barədə xəbərdarlıq edir.

Избранный
97
8
news24.az

10Источники