RU

Ukrayna Kurska bir saat ərzində 15 PUA göndərdi

Ukrayna Silahlı Qüvvələri 15 pilotsuz uçuş aparatı ilə Kursk vilayəti ərazisinə hücuma cəhd edib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi "Telegram" kanalında məlumat yayıb.

İdarədən verilən məlumata görə, bir saat ərzində 15 PUA hücum cəhdi edilib. Ukrayna PUA-ları növbətçi hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

Kursk qubernatoru Aleksey Smirnov bölgədə PUA hücumu təhlükəsinin davam etdiyini bildirib. O, dron qalıqlarını aşkar edən yerli sakinləri onlara yaxınlaşmamağa, təhlükəli tapıntı barədə 112-yə zəng edərək məlumat verməyə çağırıb.

Избранный
117
50
publika.az

10Источники