RU

BMT-nin Livandakı müvəqqəti qüvvələrinin qərargahına mərmi düşüb

Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) dünən, noyabrın 15-də Şamadakı qərargah binasına 155 mm-lik artilleriya mərmisinindüşdüyünü bildirib. Heç kim xəsarət almayıb...

Poliqon xəbər verir ki, bu barədə UNIFIL-in Teleqram mesajında məlumat yayılıb. Xəbərdə qeyd edirlir ki, mərmi partlamayıb və heç kim xəsarət almayıb. Qeyd edilir ki, italyan mütəxəssislər ərazini tez bir zamanda mühasirəyə alıb və idarə olunan partlama həyata keçiriblər.

Təşkilat münaqişə tərəflərinə BMT personalının və əmlakının təhlükəsizliyini təmin etmək üzrə öhdəliklərini xatırladıb.

Elə həmin gün, noyabrın 15-də UNIFIL bildirib ki, bir neçə naməlum şəxs İsraillə sərhəddə marşrutu izləyən missiya patruluna atəş açıb. Bundan əvvəl sülhməramlılar döyüş sursatı anbarı aşkarlayıb və bu barədə Livan ordusuna məlumat veriblər.

Xatırladaq ki, BMT-nin sülhməramlı qüvvələri 1978-ci ildən Livandadır. Onların vəzifələrinə atəşkəsə nəzarət etmək və Livan və İsrail arasında Mavi Xətt boyunca təhlükəsizliyi qorumaq daxildir.

UNIFIL oktyabrda üç dəfə sülhməramlıların xəsarət aldığını bildirib. Oktyabrın 13-də İsrailin baş naziri Binyamin Netanyahu BMT-nin baş katibi Antonio Quterreşə müraciət edərək sülhməramlı qüvvələrin Livan ərazisindən çıxarılmasını tələb edib.

Poliqon.info

Избранный
34
21
poliqon.info

10Источники