RU

MEDİA-nın icraçı direktoru APA-nı 20 illik yubileyi münasibətilə təbrik edib

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov “APA GROUP”u 20 illiyi münasibətilə təbrik edib.

APA-nın xəbərinə görə, təbrikdə deyilir ki, Azərbaycanın mətbuatının inkişafına mühüm töhfə verən, dəqiq və tərəfsiz informasiya siyasəti yürüdən, özünün peşəkarlığı və obyektivliyi ilə seçilən və bu gün 20 yaşını qeyd edən “Azəri-Press” Agentliyi (APA) ölkəmizin siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatları, regionda və dünyada baş verən hadisələrlə bağlı xəbərləri cəmiyyətə operativ formada və özünəməxsus üslubda çatdırır, dünyanın müxtəlif ölkələrinin aparıcı media subyektləri ilə əməkdaşlıq edir, informasiya mübadiləsi aparır.

"Kommunikasiya vasitələrinin transformasiya mərhələsini yaşadığı, rəqəmsal platformaların və sosial media alətlərinin öz əhatə dairəsini genişləndirdiyi hazırkı dövrdə “Xəbər bizim işimizdir” devizi ilə fəaliyyətini davam etdirən, ənənəvi prinsiplərinə sadiqlik göstərən, doğru və etibarlı xəbərin ünvanı kimi qəbul olunan APA milli mətbuatımızın müasirləşmə, azərbaycançılıq və digər mühüm dəyərlərini əsas götürməklə yanaşı müasir media trendlərinin tələblərinə cavab verir, Azərbaycan həqiqətlərinin təbliği missiyasını hər zaman yorulmadan yerinə yetirir, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutur, dolğun və düzgün məlumatlandırmanı təmin edir", - o qeyd edib.

Əhməd İsmayılov APA-nı fəaliyyətə başlamasının 20 illiyi münasibətilə təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıb.
Избранный
11
4
sherg.az

5Источники