RU

COP29-da artıq bəzi mühüm nəticələr əldə olunub - Milli Məclisin sədri

Bakı. Trend:

Parlament Yığıncağımız Dünya Liderlərinin İqlim FəaliyyətiSammitindən və bir sıra digər mühüm tədbirlərdən və görüşlərdənsonra keçirilir. Fəaliyyət Gündəliyi və COP29 Sədrliyi tərəfindənirəli sürülən 14 təşəbbüs inklüziv prosesin nəticəsidir, hərtərəfliyanaşma nümayiş etdirir və qlobal iqlim fəaliyyətində hamını biraraya gətirir.

Trend xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə QafarovaBakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və AzərbaycanMilli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşündədeyib.

"Davam edən müzakirələr nəticəsində artıq bəzi mühüm nəticələrəldə olunub. İnanıram ki, COP29-un prezidenti cənab Muxtar Babayevçıxışında bu məsələlərə toxunacaq. Qlobal iqlim səylərindəparlamentlərimiz haradadır? Bizim rolumuz nədir? Deyim ki, bunlarritorik suallar deyil. Onların cavabları var. Doğrudan da, bizmillət vəkilləri xalqlarımızın nümayəndələri kimi onlarla gündəlikünsiyyətdə oluruq. Biz iqlim dəyişikliyinin onlar üzərində dağıdıcıtəsirlərinin ilk şahidiyik", - o qeyd edib.

Qeyd edək ki, Bakıda COP29 çərçivəsində Parlamentlərarasıİttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı iləParlament Görüşü öz işinə başlayıb. Tədbirdə Parlamentlərarasıİttifaqın vitse-prezidenti, Milli Məclisin deputatı SevilMikayılova iştirak edir.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirakedir.

Parlament Görüşündə keçiriləcək sessiyalarda İqlimdəyişmələrinin real təsirləri, iqlim öhdəliklərinin reallığaçevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialıtədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiştöhfələrin həyata keçirilməsində parlamentlərin rolu, iqlimmaliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı, iqlimdəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyəhərtərəfli və ədalətli yanaşmanın təşviqi, İqlim dəyişmələri iləmübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilətexnologiyadan istifadə, dəyişən iqlim şəraitində sağlamlıq və qidatəhlükəsizliyi səyləri, insan yerdəyişməsinin və iqlimdəyişmələrinin idarə edilməsi və digər mövzularda müzakirələraparılacaq, yekun sənəd qəbul ediləcək.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsidə nəzərdə tutulur.

Избранный
24
4
az.trend.az

3Источники