“Azərbaycan çox təmiz bir ölkədir. Həmçinin, böyük neft və qaz ixrac edən ölkələrdən biridir”.
Bu sözləri Bizim.Media-ya bio-mədəni müxtəlifliyi qorumaq üçün yaradılmış "The Gaia Foundation" beynəlxalq təşkilatın üzvü Krystal Cerisier deyib.
O bildirib ki, COP29 konfransı haqqında fikirlərini bölüşən konfrans iştirakçısı fosil yanacaqlardan uzaqlaşmaq üçün çalışdıqlarını bildirib:
"Bu tip iqtisadiyyatları daha yaşıl iqtisadiyyata keçid etmək üçün dəstəkləmək lazımdır. Bu proses bu cür ölkələrlə əməkdaşlıq etmədən mümkün deyil. Burada olmaq və iqtisadiyyatlarını müxtəlifləşdirmək və daha yaşıl etmək istəyən ölkələrlə birlikdə işləmək çox vacibdir".
O, konfransdan müsbət nəticələr əldə ediləcəyinə inandığını qeyd edib:
"Ümid edirəm ki, dünya üzrə iştirakçılar bir-biri ilə əlaqə qura biləcək. COP-dan və neft-qaz şirkətlərinin maliyyəsindən kənarda müstəqil şəkildə təşkilatlanaraq yerli icmalarımızda üzləşdiyimiz problemləri həll etmək üçün bir araya gələcəklər".
Günay Şahmar, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта