RU

Kommersiya qurumlarının 83 faizi elektron qaydada qeydiyyata alınıb - Naxçıvanda

Cari ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında 5814 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən SİA-nın Naxçıvan bürosuna bildirilib ki, bunun 5568-i fiziki, 246-sı isə hüquqi şəxslər və digər təşkilatlar olub. Qeydiyyata alınmış vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23,3 faiz artıb.

Bu ilin 10 ayı ərzində kommersiya qurumlarının 83 faizi elektron qaydada, 17 faizi isə kağız daşıyıcısında müraciətlər əsasında qeydiyyata alınıb.

Избранный
23
3
sia.az

4Источники