RU

İqlim fəaliyyətlərinin icrası tələb olunan sürətdən geri qalır - Saymon Stil

Bakı. Trend:

İqlim fəaliyyətlərinin icrası tələb olunan sürətdən geriqalır.

Trend xəbər verir ki, bunuBMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC)icraçı katibi Saymon Stil COP29 çərçivəsində Parlamentlərarasıİttifaq (IPU) və Azərbaycan Respublikasının Milli Məclisitərəfindən birgə təşkil olunan Parlament görüşündə deyib. TədbirdəParlamentlərarası İttifaqın Azərbaycandan vitse-prezidenti, MilliMəclisin deputatı Sevil Mikayılova iştirak edir.

“Parlamentlər vətəndaşların fikirlərini ifadə etmək üçün vacibbir kanal rolunu oynayır və onların dövlət siyasəti vəfəaliyyətlərində əks olunmasını təmin edir. İqlim dəyişikliyi iləmübarizə planetdəki bütün insanlar üçün ən aktual və təxirəsalınmazməsələlərdən biridir.

Hakimiyyətdə olduğunuz zaman konkret addımları təşəbbüs edərəkinsanların həyatını dəyişən liderlərə çevrilə bilərsiniz”, - deyə obildirib.

Saymon Stil qeyd edib ki, dünya birliyi planetdə həyatşərtlərini qorumaq uğrunda mübarizədə tədrici addımlardanqətiyyətli hərəkətlərə keçməlidir. Son hesabatlar göstərib ki,iqlim fəaliyyətləri tələb olunan sürətdən geri qalır. Proqnozlaragörə, planetin temperaturu 2,6–3,1 dərəcə Selsiyə qədər arta bilərki, bu da ən təhlükəli nəticələrdən qaçmaq üçün tələb olunan 1,5dərəcə hədəfindən çox uzaqdır.

“Əgər biz hazırkı templə elm tərəfindən irəli sürülən tələblərarasındakı fərqi azalda bilməsək, vəziyyət yalnız pisləşəcək.

Bu fərqin bir hissəsini iddiaların artırılması ilə aradanqaldırmaq olar. Bizə daha iddialı planlar və daha genişmiqyaslıfəaliyyətlərə imkan verən siyasətlər lazımdır. Lakin yalnıziddialar kifayət deyil — onların həyata keçirilməsindəki boşluqlarıaradan qaldırmaq vacibdir. Planlar yalnız kağız üzərində qalmamalı,real dəyişikliklərə səbəb olmalıdır. Hər bir ölkə öz səylərinigücləndirmək məcburiyyətindədir”, - deyə S.Stil vurğulayıb.

Qeyd edək ki, Bakıda COP29 çərçivəsində Parlamentlərarasıİttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı iləParlament Görüşü öz işinə başlayıb.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirakedir.

Parlament Görüşündə keçiriləcək sessiyalarda İqlimdəyişmələrinin real təsirləri, iqlim öhdəliklərinin reallığaçevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialıtədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiştöhfələrin həyata keçirilməsində parlamentlərin rolu, iqlimmaliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı, iqlimdəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyəhərtərəfli və ədalətli yanaşmanın təşviqi, İqlim dəyişmələri iləmübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilətexnologiyadan istifadə, dəyişən iqlim şəraitində sağlamlıq və qidatəhlükəsizliyi səyləri, insan yerdəyişməsinin və iqlimdəyişmələrinin idarə edilməsi və digər mövzularda müzakirələraparılacaq, yekun sənəd qəbul ediləcək.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsidə nəzərdə tutulur.

Məqalədə:
Избранный
10
3
az.trend.az

10Источники