RU

"Zəfər Yolu"na elektron tərəzi quraşdırılır - FOTOLAR

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi istifadədə olan avtomobil yollarının qorunması üçün Hərəkətdə olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin (elektron tərəzilərin və çiplərin) ümumi istifadədə olan avtomobil yollarında quraşdırılması işləri davam etdirilir.

"Unikal" xəbər verir ki, bu çərçivədə ”Zəfər Yolu”nun 21.4-cü kilometrində elektron tərəzinin quraşdırılmasına başlanılıb.

Qeyd edək ki, avtomobil yollarında yeni texnologiyaya əsaslanan elektron tərəzilərin quraşdırılması prosesi 2 mərhələ üzrə aparılır. 1-ci mərhələdə 11 yerdə 17 tərəzi, 2-ci mərhələdə 20 yerdə 34 olmaqla, ümumilikdə 31 yerdə 51 tərəzinin quraşdırılması planlaşdırılıb. 

Layihənin 2026-cı ilin sonlarında yekunlaşdırılması planlaşdırılır. 

Избранный
5
7
unikal.az

8Источники