RU

İrəvanda gecə qətli: Fransadan qayıtdı, güllələndi  

Noyabrın 16-da İrəvanda güllələnmə nəticəsində növbəti qətl baş verib.

Musavat.com
bu barədə erməni mediasına istinadən xəbər verir.

Saat 00:10 radələrində polisə “Toyota” markalı avtomobillə bir nəfərin Ermənistan tibb mərkəzinə aparıldığı barədə əməliyyat məlumatı daxil olub.

Xəstəxanadan verilən məlumata görə, polis və patrul xidmətinin əməkdaşları 42 yaşlı İrəvan sakini Artur Manukyanın güllə yarasından dünyasını dəyişdiyini müəyyən ediblər. Onun bədənində bir güllə izi tapılıb.
Hadisə yerində olan polis və müstəntiqlər Nazarbekyan 15/6 ünvanında qanlı iz və 1 ədəd tükənmiş patron darağı aşkar ediblər.

Fotojurnalist Qaqik Şamşyanın hadisə yerindən verdiyi məlumata görə, hadisə yerində olan həkimlər polisə bildiriblər ki, yaralı reanimasiya şöbəsində özünə gəlmədən dünyasını dəyişib. Faktla bağlı Ajapnyak və Davitaşen rayonlarının İstintaq Şöbəsi tərəfindən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Qaqik Şamşyanın sözlərinə görə, qətlə yetirilən şəxs bu yaxınlarda Fransadan Ermənistana gəlibmiş.

Musavat.com

Избранный
4
musavat.com

1Источники