RU

Ali Məhkəmənin önündə özünü partlatdı - VİDEO

  Braziliyanın paytaxtı Braziliyada Ali Məhkəmənin binası yaxınlığında iki partlayış baş verib. “Reuters“in məlumatına görə, insident Fransisko Vanderlei Luis olduğu güman edilən bir nəfərin məhkəmə binasına daxil olmaq istəməsi ilə başlayıb. Təhlükəsizlik əməkdaşları onu saxlayıb və içəri girə bilməyən şəxs girişdə özünü partladıb. Tezliklə onun yaxınlıqda dayanmış avtomobilində ikinci partlayış baş verib.

Polis ərazini yoxlamaq və mümkün əlavə partlayıcı qurğuları aşkar etmək üçün bomba zərərsizləşdirən robotdan istifadə edib. Hadisə şahidləri hər iki partlayışın bir-birindən 20 saniyə sonra baş verdiyini və Ali Məhkəmənin hakimlərinin təxliyə edildiyini iddia edirlər.

Braziliyanın “Metropole” nəşrinin məlumatına görə, həmin şəxs 59 yaşında olub və sosial şəbəkələrdə Tiu França təxəllüsündən istifadə edib. O, əvvəllər Santa-Katarina bələdiyyə məclisi üzvlüyünə namizədliyini irəli sürsə də, cəmi 98 səs toplayıb və keçə bilməyib. Onun sosial şəbəkələrində siyasətçilərə qarşı aqressivliyini ifadə edən, onları “kommunist” adlandırdığı yazılar müəyyən edilib.

İnsident noyabrın 18-də Rio-de-Janeyroda keçirilməsi planlaşdırılan G20 sammitindən bir neçə gün əvvəl baş verib. Bu, böyük beynəlxalq görüş və Çin prezidenti Si Cinpinin sonrakı səfəri öncəsi təhlükəsizliklə bağlı narahatlıqları artırıb.

Polis isə hələlik yekun nəticə çıxarmaqdan çəkinib və istintaqı davam etdirir./Lent.az  

Избранный
31
1
referans.az

2Источники