RU

Planeti xilas etmək üçün karbon emissiyaları 2030-cu ilə qədər 41 faiz azaldılmalıdır - İnqer Anderson

Bakı. Trend:

Qlobal istiləşməni 1,5 dərəcə Selsi səviyyəsində məhdudlaşdırmaqməqsədinə nail olmaq üçün karbon emissiyaları 2030-cu ilə qədər 41faiz azaldılmalıdır.

Trend xəbər verir ki, bunuBMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnqerAnderson "Dayanıqlığın artırılması üçün iqlim məlumatısistemlərinin və çoxprofilli erkən xəbərdarlıq sistemləriningücləndirilməsi" mövzusunda keçirilən yüksək səviyyəli tədbirdədeyib.

“Karbon emissiyaları azalmaq əvəzinə artmağa davam edir. Bu,müşahidə etmək istədiyimiz bir mənzərə deyil. Keçən ilemissiyaların 1,3 faiz artmasını qeydə aldıq, halbuki bizikirəqəmli faizlərlə azalma görməli idik. Bu templə davam etsək,yanlış istiqamətdə irəliləyəcəyik”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, hər il 57 giqaton karbon qazı atmosferəburaxılır. Qalan emissiya büdcəsini nəzərə alsaq, cəmi 200 giqatonqalır. İqlim tədbirləri üzrə borc artmağa davam edəcək və bu, dahaçox iqlim fəlakətləri və daha ciddi zərərlərlə nəticələnəcək.

“Erkən xəbərdarlıq sistemlərinə investisiyaları təcili şəkildəartırmalıyıq, çünki hətta indi tədbirlər görsək belə, artıqgecikirik və təsirlər daha da dağıdıcı olacaq”, - deyə İ.Andersonqeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
20
2
az.trend.az

3Источники