RU

Fransızda ölkə boyu aksiyalar keçiriləcək

Fransada fermerlər, Avropa İttifaqı ilə Cənubi Ümumi Bazarı (MERCOSUR) arasında ticarət sazişinə etiraz olaraq, noyabrın 18-dən etibarən keçirəcəklər.

Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Fransanın əsas fermer birliklərinin çağırışı ilə aksiyalar ölkənin müxtəlif bölgələrində, xüsusilə qubernatorluq binaları qarşısında və mühüm qovşaqlarda baş tutacaq.

Braziliyada G20 zirvəsi ilə eyni vaxtda başlayacaq nümayişlərdə fermerlər Aİ-MERCOSUR ticarət sazişinin “haqsız rəqabətə yol açmasına” etiraz edəcəklər.

Fermerlər bu müqavilənin imzalanmamasını tələb edirlər. Onlarən etirazlarının dekabrın ortalarına qədər davam edəcəyi gözlənilir.

Qeyd edək ki, Fransada bu ilin əvvəlində hökumətin kənd təsərrüfatı sektorunda bəzi tədbirlər görməsi üçün həftələrlə yollarda etiraz aksiyaları keçirmişdilər. Hökumət fermerlərin etirazlarına son qoymaq üçün Aİ ilə MERCOSUR arasında planlaşdırılan ticarət sazişinin dayandırılacağını vəd etmişdi.

Lalə, BakuPost
Избранный
24
bakupost.az

1Источники