RU

Azərbaycan yığması İrlandiyaya uduzdu

style='margin-bottom:10px;'>

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində 2-ci oyununu keçirib.

QOL.az xəbər verir ki, 7-ci qrupda yer alan millimiz İrlandiya yığması ilə üz-üzə gəlib. Moldovanın paytaxtı Kişinyovda yerləşən “Zimbru-2” stadionunda təşkil olunan qarşılaşmanı serbiyalı baş hakim idarə edib. Matç İrlandiyanın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Elxan Abdullayevin baş məşqçisi olduğu komanda ilk görüşdə İslandiyaya 0:2 hesabı ilə məğlub olub.

16 noyabr

14:00. İrlandiya - Azərbaycan - 4:0

Qollar: Okosun, 7, Oça, 51, Aşbe, 70, Dillon, 78

Baş hakim: Miloş Milanoviç (Serbiya)

Baş hakimin köməkçiləri: Novak Novakoviç (Serbiya), Qennadi Lisita (Moldova)

Dördüncü hakim: İqor Boska (Moldova)

"Zimbru-2" stadionu, Kişinyov. 

16:00. İslandiya - Moldova

Xallar: İrlandiya - 4, İslandiya - 3, Moldova - 1, Azərbaycan - 0.

Избранный
18
2
teleqraf.com

5Источники