RU

“Azərbaycanda özümü evimdəki kimi hiss edirəm” - Kamerunlu müşahidəçi

"Düşünürəm ki, bu konfrans çox önəmlidir. Çünki biz burada fərqli insanları görürük və onların iqlim dəyişikliyindən hansı zərərlərlə qarşılaşdıqlarını dinləyə bilirik. Bütün dünyanın bu məsələdə həmrəy olduğunu görmək çox gözəldir, birlikdə problemlərin həllini müzakirə edə bilirik".

Bunu Kamerunlu müşahidəçi Balkissou Buba COP29-la bağlı təəssüratlarını Bizim.Media ilə bölüşərkən deyib. O, Azərbaycanda özünü evindəki kimi hiss etdiyini də bildirib.

"Azərbaycana ilk dəfə gəlirəm. Mənə deyiləndə ki, COP29 belə bir ölkədə keçiriləcək, düzü gözləntim çox aşağı idi. Çünki bu ölkəni tanımırdım. Amma bura gələndən bəri özümü çox yaxşı hiss edirəm, hər yerdə könüllü gənclərin olması işimizi çox asanlaşdırır. Ümumiyyətlə, şəhərdə hərəkət etmək, harasa getmək çox rahatdır".

Nuray, Bizim.Media

Избранный
47
32
bizim.media

10Источники