“Bakıda keçirilən COP29 tədbiri ilə əlaqədar gömrük prosedurları gecikəcək”.
Referans.az-a daxil olan məlumata görə, bu barədə müştərilərə “Trendyol” şirkətindən bildiriş göndərilib.
Qeyd olunub ki, gömrük bəyannaməsinin təsdiqindən sonra 3-5 gün ərzində sifarişlərin izləmə linkində qeyri-aktiv görünmə və sifarişlərin çatdırılmasında gecikmələr ola bilər.