RU

"Haber Global": "Bakıda iqlim maliyyəsi axtarışları davam edir"

Azərbaycanda davam edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ilk həftəsi arxada qalmaq üzrədir. Həftə ərzindəki görüşlərdə əsas mövzu iqlim maliyyəsi ilə bağlı olub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Türkiyənin "Haber Global" telekanalının tədbirdən hazırladığı geniş reportajda bildirilir.

Bakıda baş verənləri canlı bağlantı ilə danışan "Haber Global"ın meteorologiya redaktoru Bünyamin Sürmeli bildirib ki, COP29 iştirakçılarının ümumi rəyinə əsasən, artıq iqlim dəyişikliklərinə qarşı mübarizədə daha fəal hərəkətə keçmək zamanıdır.

Onun sözlərinə görə, Bakıda alınacaq mühüm qərarlar bir müddət sonra Braziliyada keçiriləcək G20 zirvəsində də dünya liderlərinin gündəmində olacaq.

Daha ətraflı "Haber Global"ın reportajında:

"Cebheinfo.az"

Избранный
37
cebheinfo.az

1Источники