RU

COP29-da iqlim maliyyəsi öhdəliyinin 170 milyard ABŞ dollarına qədər artırılması üzrə razılıq əldə olunub

Bakı. Trend:

COP29-da iqlim maliyyəsi öhdəliyinin 170 milyard ABŞ dollarınaqədər artırılması üzrə razılıq əldə olunub.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bubarədə Azərbaycan Respublikasının xarici işlər naziri CeyhunBayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə KonvensiyasınınTərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədiləölkəmizdə səfərdə olan Norveç Krallığının beynəlxalq inkişaf naziriAnne Beate Tvinreym ilə görüşündə bildirilib.

Bildirilib ki, nazir Ceyhun Bayramov COP29 sədrliyimiz, aparılandanışıqlar prosesi haqqında məlumat verərək, ölkəmizin iqlimfəaliyyəti gündəliyinin irəli aparılması istiqamətində apardığısəyləri nəticəsində COP29-un ilk günündə sessiyanın gündəliyininrazılaşdırılmasının gündəlikdə duran məsələlərin müzakirəsibaxımından əhəmiyyətini qeyd edib.

"Danışıqlar prosesində bugünədək Paris Sazişinin 6.4-cü maddəsi,habelə çoxtərəfli maliyyə institutları tərəfindən illik əsasdaiqlim maliyyəsi öhdəliyinin 75 milyarddan 170 milyard ABŞ dollarınaqədər artırılması üzrə razılıqların əldə olunduğu diqqətəçatdırılıb", - məlumatda qeyd edilib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
47
az.trend.az

1Источники