RU

Azərbaycan millisinin futbolçusu zədələndiyi üçün İsveçə aparılmayacaq

Azərbaycan millisinin daha bir futbolçusu səfərdə İsveçə qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının sonuncu - VI tur matçını buraxacaq. SİA xəbər verir ki, Rahil Məmmədov sözügedən qarşılaşmada komandaya kömək edə bilməyəcək.

Buna müdafiəçinin Qəbələdə Estoniya ilə qolsuz heç-heçə etdikləri görüşdə zədələnməsi səbəb olub.

Məmmədov buna görə İsveçə aparılmayacaq. Əvvəlki oyunda sarı vərəqə alaraq cəzalı duruma düşən Elvin Cəfərquliyev də meydana çıxmayacaq.

Qeyd edək ki, noyabrın 19-da reallaşacaq İsveş - Azərbaycan matçının start fiti Bakı vaxtı ilə saat 23:45-də səsləndiriləcək.

Избранный
52
9
sia.az

9Источники