RU

İqlim dəyişikliyinin gələcək təsirinin miqyasını düzgün qiymətləndirmirik - Ümumdünya Ərzaq Proqramı

Bakı. Trend:

Biz iqlim dəyişikliyinin gələcək təsirinin miqyasını düzgünqiymətləndirmirik.

Trend xəbər verirki, bunu Ümumdünya Ərzaq Proqramının (ÜƏP)Qlobal Ofisinin direktoru Martin Frik COP29 çərçivəsindəParlamentlərarası İttifaqın (IPU) və Azərbaycan RespublikasınınMilli Məclisinin birgə təşkilatçılığı ilə keçirilən ParlamentGörüşü çərçivəsində “Dəyişən iqlim şəraitində sağlamlığın və ərzaqtəhlükəsizliyinin qorunması tədbirləri” sessiyası zamanı deyib.

"İqlim dəyişikliyinin təsirlərinin bizə nə qədər tez zərbəvurması təəccüblüdür. Mən 2007-ci ildən bəri iqlim dəyişikliyinipeşəkar şəkildə öyrənirəm və elmin 2017-ci ildə 2030, 2035 və hətta2040-cı illər üçün verdiyi proqnozları görmüşəm. Bu proqnozlarınbəziləri artıq reallaşıb. Üstəlik, görünür ki, biz iqlimdəyişikliyinin gələcək təsirinin miqyasını düzgünqiymətləndirmirik", - deyə o bildirib.

M.Frik qeyd edib ki, bu gün dünyada hamı üçün kifayət qədər qidaolduğunu iddia etmək mümkün olsa da, bəşəriyyət artıq paylanmaproblemi ilə üz-üzədir.

"Zəngin ölkələrdə taxıl istehsalının 20%-dən az hissəsi insanqidası üçün istifadə olunur. Əsas hissəsi ət, süd, yumurta və digərməhsulların istehsalı üçün yem kimi istifadə olunur. Taxılınəhəmiyyətli bir hissəsi də bioyanacaq istehsalında istifadəolunur", - deyə o vurğulayıb.

Qeyd edək ki, tədbirdə Parlamentlərarası İttifaqının (IPU)Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı SevilMikayılova da iştirak edir.

Xatırladaq ki, ötən gün Bakıda COP29 çərçivəsindəParlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgətəşkilatçılığı ilə Parlament Görüşü öz işinə başlayıb. TədbirdəParlamentlərarası İttifaqın prezidenti Tulia Akson, AzərbaycanMilli Məclisinin sədri Sahibə Qafarova, həmçinin Parlamentlərarasıİttifaqın Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatıSevil Mikayılova iştirak ediblər.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirakedir.

Избранный
34
1
az.trend.az

2Источники