RU

İran iqlim dəyişikliyi sahəsində parlamentlərarası fəaliyyətlə bağlı təkliflər hazırlayıb

İran iqlim dəyişikliyi sahəsində parlamentlərarası fəaliyyətlə bağlı təkliflər hazırlayıb.

Trend xəbər verir ki, bu barədə İran Parlamentinin nümayəndəsi Rəhmətullah Novruzi COP29 çərçivəsində Parlamentlərarası İttifaqın (IPU) və Azərbaycan Respublikasının Milli Məclisinin birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşü çərçivəsində "İnsanların hərəkətliliyinin və iqlim dəyişikliyinin idarə edilməsi: iqlim dəyişikliyinin səbəb olduğu miqrasiya və yerdəyişmə problemlərinin həlli" mövzusunda panel iclasında çıxışı zamanı deyib.

"Bu məsələlərdə parlamentlərin rolu son dərəcə vacibdir. Parlamentlər əməkdaşlığı gücləndirə, qanun layihələrinin hazırlanmasında təcrübə mübadiləsi apara, dövlətlərin iqlim dəyişikliyinə uyğunlaşma imkanlarını gücləndirə və parlament diplomatiyası vasitəsilə təbii ehtiyatların idarə edilməsi, beynəlxalq normaların kodlaşdırılması və proqramların hazırlanması sahəsində əməkdaşlıq edə bilərlər. İran İslam Respublikası parlamentlərarası fəaliyyətlə bağlı təklif hazırlayıb və bu təklif daha sonra təqdim olunacaq", - deyə o bildirib.

 

Novruzi qeyd edib ki, altı miqrasiya marşrutu İrandan keçir və bu, ölkə üçün xüsusi problemlər yaradır. "İqlim dəyişikliyi inkişaf etmiş ölkələrin sənayeləşməsi, ətraf mühitin dağıdılması və silahlı münaqişə nəticəsində baş verib. Bu amillər çoxsaylı problemlərə səbəb olub", - deyə o bildirib.

"İran milyonlarla Əfqanıstan qaçqınını qəbul edir və ölkəmiz onları dəstəkləmək üçün hər il 10 milyard dollardan çox vəsait xərcləyir. Beynəlxalq ictimaiyyət bu problemə ciddi yanaşmalıdır. Bundan əlavə, iqlim dəyişikliyi və ekoloji problemlər İran və Əfqanıstan sərhədində yerləşən çaylarda bəndlərin tikintisi ilə daha da ağırlaşır. Bu, xüsusilə Sistan və Bəlucistan əyalətinin sakinlərinə təsir edir və bu, təcili tədbir görülməsini tələb edir", - deyə o əlavə edib.

Избранный
5
1
day.az

2Источники