RU

"Axşama qədər prezidentdən xəbər çıxmasa..." - Müxalifət Bjaniyaya vaxt qoydu

"Abxaziya prezidenti Aslan Bjaniya bazar günü, noyabrın 17-si axşama qədər istefa verməsə, müxalifət müvəqqəti hökumət yaradacaq".

Teleqraf.com xəbər verir ki, bu sözləri Abxaz müxalifətinin əsas simalarından olan“Aruaa” İctimai Birliyinin sədri Temur Quliya deyib.

O bəyan edib ki, bu gün axşama qədər prezidentdən xəbər çıxmasa, sabahdan yeni hökumət fəaliyyətə başlayacaq:

"Bu halda biz bütün dövlət qulluqçularını işə çağıracaq və dövlət idarəçiliyi prosesinə nəzarət edəcəyik. Sabah bazar ertəsidir. Biz ölkəni xaosa sürükləyə bilmərik. odur ki, dövlət qulluqçuları öz işlərinə dönməli, həyat davam etməlidir".

Məlumat üçün bildirək ki, Abxaziyada noyabrın 15-də başlayan kütləvi etiraz aksiyalar zamanı hökumət binaları ələ keçirilib. Bundan sonra müxalifət ölkə prezidentinin istefasını tələb edib. Noyabrın 16-da prezident Aslan Bjaniya nümayişçilərin hökumət binalarını tərk etməsindən sonra istefa verməyə hazır olduğunu desə də, bu gün, noyabrın 17-də müxalifəti dövlət çevrilişinə cəhddə ittiham edib və ölkənin seçilmiş prezidenti olaraq qaldığını bildirib.

Respublika Səhiyyə Nazirliyinin son məlumatına görə, etirazlar zamanı 14 nəfər yaralanıb.


Müəllif: Teleqraf.com
Избранный
49
teleqraf.com

1Источники