ABŞ 6 aydan sonra yenidən Ukraynaya hərbi yardım edəcək. Bunu bazar günü rəsmi Washington açıqlayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski 61 milyard dollarlıq hərbi yardım paketini təsdiqlədiyi üçün ABŞ Nümayəndələr Palatasına təşəkkür edib.
O bildirib ki, bu yardım minlərlə insanın həyatını xilas edəcək.
Yeni hərbi yardım Ukrayna-Rusiya cəbhəsində vəziyyəti dəyişə bilər.
Yardım paketinə hava hücumundan müdafiə sistemləri, orta və uzun mənzilli raketlər və artilleriya mərmilərinin daxil olacağı gözlənilir.
Ukraynanın bu sahələrdəki çətinlik çəkməsi Rusiya qüvvələrinin yüzlərlə kvadrat kilometr ərazini ələ keçirməsinə səbəb olub.
Yardım çatdıqdan sonra, Ukrayna, çox güman ki, Rusiyanın hava üstünlüyünü məhdudlaşdıra, təchizat xətlərini hədəfə ala və qoşunların irəliləməsini dayandıra biləcək.
Kiyev ve Washington-nun ortaq qənaətinə görə, ABŞ-ın yardımı olmasa, Ukrayna müharibəni uduzacaq.
Şəklin mənbəyi, Getty İmages