RU

Yaponiya Azərbaycanla İkiillik Şəffaflıq Hesabatlarının hazırlanmasında əməkdaşlıq edəcək

Bakı. Trend:

Yaponiya inkişaf etməkdə olan ölkələr üçün İkiillik ŞəffaflıqHesabatlarının (BTR) hazırlanması və onların keyfiyyətininartırılması sahəsində Azərbaycanla əməkdaşlıq edəcək.

Trend xəbər verir ki, bubarədə Yaponiyanın ətraf mühit naziri Keyitiro Asao "Qlobal iqlimşəffaflığı üzrə nazirlərin dəyirmi masası"nda bildirib.

"Yaponiya inkişaf etməkdə olan ölkələr üçün BTR hesabatlarınınhazırlanması və keyfiyyətinin artırılması sahəsində Azərbaycanlaəməkdaşlıq edəcək. Xüsusilə biz qlobal şəffaflığınyaxşılaşdırılmasına töhfə vermək üçün 3 əsas istiqamətə diqqətyetirəcəyik.

Birinci istiqamət öz BTR hesabatımızın vaxtında təqdim edilməsiilə yaxşı nümunə olmaqdır. Yaponiya ötən ay öz BTR hesabatınıAzərbaycan tərəfinin sorğusu əsasında BMT İqlim DəyişiklikləriKatibliyinə təqdim edərək inkişaf etmiş ölkələr arasında bunu edənilk dövlət olub.

Yaponiyanın BTR hesabatı istixana qazlarının inventarizasiyası,təsirlərin azaldılması və uyğunlaşma tədbirlərindəki irəliləyiş,maliyyə vəsaitlərinin bölgüsü və dəstək haqqında ətraflıməlumatları əhatə edən tam formatlı bir sənəddir. Bu hesabat bütünölkələr üçün nümunə ola bilər.

Bundan əlavə, Yaponiya öz BTR hesabatını hazırlayarkən hökumətinbütün qurumlarını əhatə edən PDCA (Plan-Do-Check-Act) dövrünəəsaslanan tədbirlərin izlənməsi mexanizmindən istifadə edib. BizBTR hesabatlarının məzmunu və hazırlanma prosesi ilə bağlıtəcrübəmizi dünya ilə paylaşacağıq", - deyə o vurğulayıb.

Nazir bildirib ki, ikinci istiqamət inkişaf etməkdə olanölkələrdə BTR hesabatlarının hazırlanması potensialınınartırılmasıdır.

"Yaponiya uzun illərdir Asiyada İstixana QazlarınınInventarizasiyası üzrə İşçi Qrupu çərçivəsində müxtəlif ölkələrdəinventarizasiyanın keyfiyyətinin artırılmasına töhfə verib. Busahədə Yaponiyanın Milli Ekologiya Tədqiqatları İnstitutununekspertləri ilə əməkdaşlıq edərək, hər bir ölkənin tələbatlarınauyğun ətraflı praktiki təlimlər təqdim edirik", - deyə o qeydedib.

O, üçüncü istiqamətin isə peyk texnologiyalarından istifadəedərək şəffaflığın keyfiyyətinin yaxşılaşdırılmasına dəstəkdənibarət olduğunu bildirib.

"Yaponiya qlobal miqyasda karbon dioksid və metan qazlarınınkonsentrasiyasını izləyən “GOSAT” seriyalı peykləri idarə edir.Bundan əlavə, bu məlumatlardan istifadə edərək milli və regionalsəviyyədə istixana qazı emissiyalarının təsdiqi metodlarınıhazırlayırıq. Biz artıq “GOSAT” məlumatlarını istifadə edərəkMonqolustan və Hindistanın istixana qazı inventarizasiyasındatəsdiq dəstəyi təqdim edirik", - o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
11
2
az.trend.az

3Источники