RU

Umayra Tağıyeva: Xəzərin dayazlaşması ciddi ekoloji və iqtisadi risklər yaradır

Xəzər regionu zəngin biomüxtəlifliyi və ekosistemi ilə unikal təbii mühiti təmsil edir.

Busaat.az Report-a istinadla xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva “İqlim dəyişikliyi fonunda Xəzər dənizində su səviyyəsinin azalması” adlı tədbirdə bildirib.

O qeyd edib ki, son onilliklərdə Xəzər, ciddi ekoloji problemlərlə üzləşib: “Dənizin səviyyəsi müşahidələr tarixində ən aşağı həddə yaxındır”.

“Ekstremal hava hadisələri, təbii fəlakətlərin tezliyinin artması və biomüxtəliflikdəki dəyişikliklər – bütün bunlar yeni reallıqlara uyğunlaşmaq üçün birgə səylər tələb edir. Son 30 ildə Xəzərin səviyyəsi təxminən 2,5 m azalıb. Son illərdə isə illik azalma həyəcan doğuran 20-30 santimetrə çatıb. Bu sürətli dayazlaşma təcili tədbirlər tələb edən ciddi ekoloji və iqtisadi risklər yaradır”, – U.Tağıyeva bildirib.

Избранный
13
10
busaat.az

10Источники