RU

Türkiyənin COP29-dakı pavilyonu xüsusi diqqət çəkir - FOTOLAR

COP29 çərçivəsində Mavi Zonada təşkil edilən dünya ölkələrinin pavilyonlarına yüksək maraq var. Modern.az xəbər verir ki, diqqətçəkən pavilyonlar arasında Türkiyəninki xüsusi yer tutur. Gün ərzində 1000-dən çox iştirakçı qardaş ölkənin pavilyonunu ziyarət edir.

Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə pavilyonda təqdim olunan “Sıfır Tullantı” stendi möhtəşəm dizaynı, ətraf mühitin qorunmasına dair vacib mesajları ilə geniş marağa səbəb olub. Qeyd edək ki, Əminə Ərdoğan uzun illərdir ekoloji problemlərin həllinə yönəlmiş layihələrə dəstək verir. Bu dəfə Türkiyə pavilyonunda təqdim olunan layihə vasitəsilə Türkiyə, bərpa olunan enerji mənbələri, təmiz texnologiyalar və davamlı şəhərsalma sahəsində nailiyyətlərini dünyaya nümayiş etdirir.

COP29 iştirakçıları tərəfindən böyük maraqla qarşılanan Türkiyə pavilyonu Əminə Ərdoğanın liderliyi altında iqlim dəyişikliyinə qarşı qlobal həmrəyliyin vacibliyini bir daha vurğulayır. Bu təşəbbüs Türkiyənin yaşıl iqtisadiyyata keçid və davamlı inkişaf hədəflərinə sadiqliyini nümayiş etdirir.

Pavilyonda qonaqlara türk qəhvəsi ikram olunur. Bundan başqa, əl işləri, rəsm əsərləri, Türkiyənin tarixi, ölkədə yaşayan xalqların adət-ənənələrindən bəhs edən kitablar təqdim edilir, həmçinin gün ərzində iqlim dəyişikliyi və onun insanlara təsirinə dair onlarla görüş, eləcə də konfranslar keçirilir.

Xatırladaq ki, COP29-da Türkiyə pavilyonunun açılış mərasimi bu ölkənin ətraf mühit və şəhərsalma naziri Murat Kurumun iştirakı ilə noyabrın 11-də keçirilib.




 

Избранный
65
7
modern.az

8Источники