RU

COP29-da Xəzər dənizi səviyyəsinin azalması ilə bağlı əməkdaşlığın gücləndirilməsi haqqında Bəyannamə qəbul olunub

Bakı. Trend:

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cusessiyası (COP29) çərçivəsində Azərbaycan milli pavilyonunda “İqlimdəyişikliyi fonunda Xəzər dənizinin səviyyəsinin azalması”mövzusunda Xəzəryanı ölkələrin rəsmilərinin toplantısıkeçirilib.

Trend xəbər verir ki,Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyininvə "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında”Çərçivə Konvensiyası Katibliyinin birgə təşkilatçılığı ilə təşkilolunan toplantıda Xəzəryanı ölkələrin - Azərbaycan, İran,Qazaxıstan, Rusiya və Türkmənistanın nümayəndələri, rəsmiləri,BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru və digərbeynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini UmayraTağıyeva iqlim dəyişmələri nəticəsində son illərdə Xəzər dənizininsəviyyəsində baş verən azalmalara diqqət çəkib, bu unikalekosistemin qorunması üçün regional əməkdaşlığın vacibliyinivurğulayıb. Nazir müavini səviyyə dəyişikliklərinin hərtərəfliöyrənilməsi və uyğunlaşma tədbirlərinin hazırlanması üçün Xəzəryanıölkələrin ekspertlərinin birgə fəaliyyətinin əhəmiyyətini qeydedib.

Tədbir çərçivəsində UNEP-in icraçı direktoru İnger Andersentərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə UNEP-in birgəəməkdaşlığı əsasında hazırlanan “Xəzər dənizi səviyyəsinintərəddüdləri və iqlim dəyişmələri” adlı hesabat təqdim olunub.

Dünya Bankının və Yaşıl İqlim Fondunun nümayəndələri də mövzuilə bağlı təqdimatlarla müzakirələrdə iştirak ediblər.

Tədbirin sonunda, “Xəzəryanı dövlətlərin nazirlərinin vəyüksəkvəzifəli şəxslərinin Xəzər dənizi səviyyəsinin azalması iləbağlı əməkdaşlığın gücləndirilməsi haqqında Bəyannamə” qəbuledilib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Избранный
33
35
az.trend.az

10Источники