RU

Qarabağın bərpasına gələn il 4 milyard manat ayrılacaq

2025-ci ilin Qarabağın bərpasına 4 milyard manat ayrılması nəzərdə tutulur ki, bu da cari ildən 1 milyard manat çoxdur. Bu barədə 2025-ci ilin dövlət büdcəsi zərfində qeyd olunub. 
 
Bundan əvvəl bildirilib ki, cari il üçün Qarabağa ayrılan vəsaitin 51% xərclənib. 
 
2020-ci ildən bu günə qədər Qarabağın bərpa olunması və yenidənqurulmasına 17,5 milyard manata yaxın vəsait ayrılıb. 
 
2024-cü ildə Azərbaycanın azad olunmuş ərazilərinin bərpası üçün 3 milyrd ABŞ dolları məbləğində maliyyə vəsaiti ayırılıb.
 
BMT-nin hesablamalarına görə, işğal nəticəsində Azərbaycana dəymiş iqtisadi zərərin həcmi 53.5 milyard ABŞ dolları həcmindədir.

Gülnar Nazimqızı 

www.anews.az
Избранный
33
50
anews.az

10Источники