RU

COP29 ölkə iqtisadiyyatına nə verəcək? - MÜTƏXƏSSİS DANIŞDI

​​​​​COP29 qlobal iqlim siyasətində mühüm rol oynayan beynəlxalq tədbirdir. Bu konfransda, ölkələr arasında iqlim dəyişikliyi ilə mübarizə, karbon emissiyalarının azaldılması, təmiz enerji mənbələrinin inkişafı və ekoloji dayanıqlığın təmin edilməsi kimi məsələlər müzakirə olunur.

Bu tədbir ölkəmizin iqtisadiyyatına da ciddi təsiri edəcək. İqtisadiyyat bir ölkənin inkişafını və rifahını təmin edən əsas mühərriklərdən biridir. Azərbaycan enerji resursları ilə zəngin bir ölkə olaraq, iqtisadiyyatını əsasən neft və qaz sektoru üzərində qurmuşdur. Bu sektor həm dövlət büdcəsinin, həm də ÜDM-nin əsas gəlir mənbəyini təşkil edir. Lakin, qlobal iqtisadiyyatın və iqlim siyasətinin getdikcə daha ekoloji dayanıqlı olmağa yönəlməsi ilə Azərbaycanın iqtisadi modeli qarşısında ciddi çağırışlar və dəyişikliklər yaranmağa başlayır.

Bəs bu tədbir ölkəmizin iqtisadiyyatına necə təsir edir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, COP29 tədbiri ölkəmizin iqtisadiyyatına müəyyən dərəcədə təsir göstərəcək:

"Bu həftə bitməsi planlaşdırılan beynəlxalq tədbirin Azərbaycan iqtisadiyyatına müəyyən təsirləri olacaq. COP29-a gələn turistlər konfrans müddətində otellər, restoranlar, nəqliyyat və digər xidmətlərdən istifadə edəcəklər. Bu, qısa müddətli dövrdə, xüsusən turizm sektorunda müəyyən dərəcədə gəlirlərin əldə olunmasına səbəb olub. Bakı şəhərində otel, nəqliyyat və xidmət sektorlarında ciddi tələbat artışı müşahidə edilir. Konfransda iştirak edən insanların xüsusən hava yolları, otelçilik və nəqliyyat sahələrinə olan tələbi artırması bu sahələrdə fəaliyyət göstərən yerli müəssisələrə müsbət təsir göstərir".

Xalid Kərimli: Fraqmental hadisələr iqtisadiyyatın müxtəlif sahələrində dəyişikliklər göstərəcək

Mütəxəssisin sözlərinə görə, baş verənlər fraqmental hadisələrdir. Onun fikrincə, əlaqələrin yaranması gələcəkdə ölkəmizin turizm mühitinə təsirsiz ötüşməyəcək:

"Əslində, bu cür hadisələr qısa müddətdə çox nəzərə çarpmasa da uzunmüddətli perspektivdə müsbət dəyişikliklərə səbəb ola bilər. COP29 kimi beynəlxalq tədbirlər yalnız bu tədbirin özünü deyil, həm də bu tədbirə hazırlıq prosesi, Azərbaycanın qlobal arenada tanınması, beynəlxalq əməkdaşlıq imkanlarının artması və ekoturizmin inkişafı baxımından mühüm nəticələr doğura bilər. Belə fraqmental hadisələr iqtisadiyyatın müxtəlif sahələrində, xüsusən turizm sektorunda bir sıra mühüm əlaqələr və dəyişikliklər yaradır. Bu tədbirlər həmçinin, Azərbaycanın turizm potensialının və infrastrukturunun təkmilləşdirilməsinə yönəlmiş layihələrin və investisiyaların artırılmasına səbəb ola bilər".

Əli Hüseynov

Избранный
39
50
bakivaxti.az

10Источники