RU

Gələn il büdcədə sosial xərclərin payı 41 % olacaq - Azər Əmiraslanov

2025-ci ildə Azərbaycanın dövlət büdcəsində sosial xərclərin payı 41 % təşkil edəcək. SİA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaya və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi ilə bağlı müzakirələrdə Komitənin sədri Azər Əmiraslanov bildirib."Növbəti illərdə də sosial istiqamət büdcədə prioritet olacaq", - deyə o qeyd edib.Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat (bu ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,3 % çox), xərclərinin isə 41 milyard 367,6 milyonmanat (4,1 % çox) olacağı gözlənilir. Son nəticədə büdcədə 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9 % azdır.

Избранный
4
3
sesqazeti.az

4Источники