RU

Gürcüstanda seçki böhranı davam edir

Oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərinin yekun nəticələri açıqlandıqdan sonra Baş nazir İrakli Kobaxidze seçkinin nəticələrini qəbul etməyən müxalifətin etirazlarına baxmayaraq, yeni parlamentin noyabrın 25-də toplanacağını bildirib.

"Cebheinfo.az" xəbər verir ki, hakim “Gürcü Arzusu” partiyasının seçkilərdə 53,93 faiz səs topladığı, qərbyönlü müxalifətin “fırıldaq” olduğunu iddia etdiyi, Avropa İttifaqı və ABŞ-nin isə iddiaların araşdırılmasını tələb etdiyi açıqlanıb.

Milli Seçki Komissiyası bəyan edib ki, dörd müxalifət ittifaqının yaratdığı birlik 37,79 faiz səs toplayıb.

Bu nəticələrə görə, ölkəni Avropa yolundan çıxarıb Rusiyanın orbitinə saldığı üçün tənqid edilən “Gürcü Arzusu” partiyasının 150 yerlik parlamentdə 89 deputatı olacaq.

Yekun nəticələrin elan olunduğu sessiyada müxalifətçilərdən biri idarə heyətinin sədri Giorgi Kalandarişvilinin üzünə qara boya atıb. Yüzlərlə insan sessiyanın keçirildiyi binanın qarşısında seçkinin nəticələrinə etiraz edib.

Baş nazir Kobaxidze isə müxalifət kimi nəticələri qəbul etməyən Prezident Salome Zurabişvilinin parlamentin çağırılması üçün tələb olunan fərmanı imzalamamaqla Konstitusiyanı yəqin ki pozacağını müdafiə edib.

Kobaxidze qeyd edib ki, Qərblə pisləşən münasibətlər Ukraynada müharibə başa çatdıqdan sonra öz yoluna qayıdacaq.

Избранный
11
cebheinfo.az

1Источники