RU

Muxtar Babayev COP29-da əldə olunan razılaşmalardan DANIŞDI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bu gün açılış plenar iclasında mən COP-un ilk həftəsində nə qədər irəli getdiyimizi gördüm. Biz COP29 Sədrliyinin planlarını həyata keçirmək üçün hələ də irəli getməliyik. Çünki nəyə nail ola biləcəyimizi artıq sübut etmişik".
Oxu.Az xəbər verir ki, bunu COP29 Sədrliyinin mətbuat konfransında ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev deyib.
O bildirib ki, Paris sazişinin 6.4-cü maddə üzrə standartlarla bağlı razılığa gəlinib və bu gün Paris Sazişinin 6.8-ci maddəsində istinad olunan qeyri-bazar yanaşmaları çərçivəsində iş proqramına dair qərar qəbul edilib:
"Bunlar 6-cı maddə üzrə danışıqların yekunlaşdırılması istiqamətində atılan kritik addımlardır. Biz həmçinin İtki və Zərərə cavab verən Fondun İdarə Heyətinin Azərbaycanın COP29 Sədrliyinin ev sahibliyi ilə Bakıda keçirilən Üçüncü İclasında Fondun tam fəaliyyətə başlaması ilə bağlı mühüm qərarlar qəbul etdik. Bu, tərəqqi deməkdir, lakin bizim hələ çox işimiz var".
"Lakin tərəflərin sürətli hərəkət etmə vaxtıdır. Siyasətçilərin ədalətli və iddialı razılaşma əldə etmək gücü var. Onlar bu məsuliyyəti yerinə yetirməlidirlər. Onlar dərhal və konstruktiv şəkildə bu problemlə məşğul olmalıdırlar. Əsas siyasi məsələlərin həlli yollarını tapmaq üçün tərəflərin birgə işləməsinə ehtiyacımız var", - nazir əlavə edib.
Mərahim Nəsib
Избранный
39
50
oxu.az

10Источники