RU

Aİ İrana qarşı yeni sanksiyalar tətbiq etdi

Avropa İttifaqı Rusiyaya hərbi yardım göstərdiyinə görə İrana qarşı yeni sanksiyalar tətbiq edib. 

"Unikal" xəbər verir ki, bu barədə Aİ Şurasının rəsmi saytında qeyd olunub.

Sənəddə deyilir: "Bugünkü qərar raketlərin və pilotsuz təyyarələrin hazırlanması və istehsalı üçün istifadə olunan komponentlərin ixracı, ötürülməsi, tədarükü, İrana satışına qadağa qoyulmasını nəzərdə tutur".

İranın ən böyük gəmi sahibi şirkəti olan İran İslam Respublikası Dəniz Gəmiçiliyi Qrupu və onun direktoru Aİ-nin qara siyahısına salınıb.

Avropa İttifaqı həmçinin İran silah və sursatlarının daşınmasına görə Rusiyanın üç gəmiçilik şirkətinə - MG-Flot, VTS-Broker və Arapax-a qarşı sanksiyalar tətbiq edib.

Ağarza Elçinoğlu 

Избранный
15
9
unikal.az

9Источники