RU

"Bakı Metropoliteni" "Holcim" şirkətindən 1,8 milyonluq sement alacaq

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) 2024-cü ildə aparılacaq tikinti, təmir, abadlıq işləri üçün tələb olunan müxtəlif markalı sementin satın alınması ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi "Holcim (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti (ASC) seçilib. 

"Bakı Metropoliteni" QSC ilə şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 1 827 997,89 manatdır. 

"Holcim (Azərbaycan)" ASC Azərbaycanda sement istehsalı sahəsində aparıcı şirkətlərdən biri hesab edilir. 

Seyid

Избранный
22
2
qaynarinfo.az

3Источники