RU

"İrşad Electronics"ə protokol yazılıb - Malların dəyişdirilməsi qaydalarını pozub



"İrşad Electronics" MMC-yə inzibati protokol yazılıb.

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 444.2-ci (Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

İş Nəsimi Rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanın icraatındadır.

Qeyd edək ki, MMC-nin qanuni təmsilçisi Aris Valis oğlu Şıxəliyevdir.
Избранный
20
3
reyting.az

6Источники