Amerikanın nüvə enerjisi ilə işləyən sualtı gəmisi USS Columbia, təchizatı artırmaq və ekipajı dəyişmək üçün Busan limanına daxil olub.
Yonhap bu barədə Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinə istinadən məlumat yayıb.
“Çəkisi 6 min ton olan “USS Columbia” sualtı qayığı Seuldan 320 km cənub-şərqdə yerləşən Busandakı hərbi dəniz bazasına daxil olub”, - deyə agentlik məlumat yayıb.