RU

Bu ilin 10 ayında əsas kapitala 14391,1 milyon manat investisiya yönəldilib

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosialsahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala14391,1 milyon manat və ya 2023-cü ilin müvafiq dövrü iləmüqayisədə 4,4 faiz az investisiya yönəldilib.

Trend DövlətStatistika Komitəsinə istinadən xəbər verir ki, neft-qaz sektorunayatırılmış investisiyaların həcmi 9,1 faiz, qeyri neft-qazsektoruna yönəldilən investisiyaların həcmi isə 2,0 faizazalıb.

Məlumata görə, ümumi sərmayənin 7308,6 milyon manatı və ya 50,8faizi məhsul istehsalı sahələrinin, 5162,4 milyon manatı (35,9faizi) xidmət sahələrinin, 1920,1 milyon manatı (13,3 faizi) isəyaşayış evlərinin tikintisinin payına düşüb. Ümumi sərmayənin 57,6faizi dövlət, 42,4 faizi qeyridövlət sektorunun sərmayədarlarıtərəfindən qoyulub. Sərmayə qoyuluşunun 72,3 faizitikinti-quraşdırma işlərinə sərf edilib. Daxili mənbələrdən əsaskapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 83,0faizini təşkil edib. 2024-cü ilin yanvar-oktyabr aylarında əsaskapitala yönəldilmiş ümumi investisiyanın 37,6 faizi sənaye, 25,2faizi tikinti, 24,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,2 faiziinformasiya və rabitə, 1,9 faizi turistlərin yerləşdirilməsi vəictimai iaşə, 1,5 faizi maliyyə və sığorta, 1,4 faizi kəndtəsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, hər biri 0,8 faiziolmaqla dövlət idarəetməsi və müdafiə, təhsil, 0,7 faizi ticarət;nəqliyyat vasitələrinin təmiri, hər biri 0,5 faiz olmaqla, inzibativə yardımçı xidmətlərin göstərilməsi, peşə, elmi və texnikifəaliyyət, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0,4faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 0,2 faiziistirahət, əyləncə və incəsənət sahələrinə sərf edilib.

Избранный
48
1
az.trend.az

10Источники