RU

COP29 çərçivəsində FHN-in moderatorluğu ilə “Radiasiya və iqlim dəyişikliyi: yeni çağırışlar” mövzusunda tədbir keçirilib

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29çərçivəsində noyabr ayının 18-də Azərbaycan Pavilyonunda FövqəladəHallar Nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrəDövlət Agentliyinin moderatorluğu ilə “Radiasiya və iqlimdəyişikliyi: yeni çağırışlar” mövzusunda tədbir keçirilib.

Trend xəbər verir ki,Tədbirdə Fövqəladə Hallar, Rəqəmsal İnkişaf və Nəqliyyat, KəndTəsərrüfatı, Energetika, Ekologiya və Təbii Sərvətlər nazirlikləri,Dövlət Su Ehtiyatları Agentliyi və Atom Enerjisi üzrə BeynəlxalqAgentliyin (AEBA) nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyi Nüvə və RadiolojiFəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi NicatƏliyev ölkəmizdə nüvə və radioloji fəaliyyətin təhlükəsizliyinintəmin edilməsi, bu sahədə infrastrukturunun gücləndirilməsi,fövqəladə hallara hazırlıq, radioaktiv tullantıların təhlükəsizidarə edilməsi, ətraf mühitin radioloji monitorinqi və qorunmasıistiqamətində görülən işlərdən bəhs edib.

Sonra çıxış edənlər – AEBA-nın bölmə müdiri Vey Huanq, Rəqəmsalİnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişafAgentliyinin Nüvə tədqiqatları departamentinin müdiri CəlalNağıyev, Kənd Təsərrüfatı Nazirliyi Bitkiçiliyin təşkili vəmonitorinqi şöbəsinin müdiri Seymur Səfərli mövzunun əhəmiyyətiniqeyd edib, iqlim dəyişikliyi ilə əlaqədar nüvə və radiolojifəaliyyət sahəsində qarşıda duran məsələlərdən danışıblar.

Tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb,suallar cavablandırılıb.

Избранный
6
10
az.trend.az

10Источники