RU

"SOCAR"dan sonra İzmirə daha bir investisiya "Kaishan Group"dan gəldi - 1 milyard dollar

Dünyanın ən böyük kompressor istehsalçılarından biri olan "Kaishan Group", Türkiyədə 1 milyard dollarlıq investisiya layihəsi həyata keçirəcək.  

Valyuta.az "NTV"ə istinadən xəbər verrir ki, İzmir Sərbəst Zonası (İZBAŞ) İdarə Heyətinin sədri Eyüp Sevimli bildirib ki, qrupun 20 min kvadratmetr ərazidə quracağı fabrikdə sənaye müəssisələrində istifadə edilən kompressorların istehsalı həyata keçiriləcək.  

Sevimlinin sözlərinə görə, "Kaishan"ın İZBAŞ-dakı investisiyasının təməlqoyma mərasimi 2025-ci ilin ilk rübündə baş tutacaq və layihənin bir il ərzində tamamlanması nəzərdə tutulur.  

Qeyd edək ki, 1 milyard dollarlıq bu layihə, SOCAR tərəfindən inşa edilən və 2018-ci ildə fəaliyyətə başlayan STAR Neft Emalı Zavodundan sonra İzmirdə həyata keçirilən ən böyük miqyaslı investisiya olacaq.  

Rəhim

Избранный
106
valyuta.az

1Источники